Menyu

ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxarmağı planlaşdırır

Əziz Əzizli
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxarmağı planlaşdırır

ABŞ Cənubi Koreyada yerləşən minlərlə ABŞ əsgərini geri çəkməyi nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu haqda "The Wall Street Journal" qəzeti məlumat yayıb.

“The Wall Street Journal” qəzetinin mövzu ilə bağlı məlumatlı müdafiə rəsmilərinə istinadən yaydığı xəbərə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Cənubi Koreyadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirir.

Rəsmilərin bildirdiyinə görə, Pentaqon tərəfindən hazırlanmış variantlardan biri təxminən 4500 əsgərin çıxarılaraq başda Quam olmaqla Hind-Sakit okean bölgəsindəki digər ərazilərə yerləşdirilməsini nəzərdə tutur.

Rəsmilər qeyd ediblər ki, bu məsələ Şimali Koreya ilə münasibətlərə dair aparılan qeyri-rəsmi siyasi araşdırmanın bir hissəsi olaraq Trampa təqdim edilmək üçün hazırlanıb və hələlik müzakirə mərhələsindədir.

Tramp ilk prezidentlik dövründən bəri Cənubi Koreyadakı ABŞ hərbi varlığının dəyişdirilməsi məsələsini tez-tez gündəmə gətirirdi. Hazırda bölgədə təxminən 28 min 500 amerikalı əsgər yerləşdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər