Menyu

İİB-nin illik toplantısı gələn il Azərbaycanda keçiriləcək

İİB-nin illik toplantısı gələn il Azərbaycanda keçiriləcək

İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildəki illik toplantısı Azərbaycanda keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Nazir paylaşımında qeyd edib: "İslam İnkişaf Bankı (İİB) Qrupunun gələn il toplantısı Azərbaycanda keçiriləcək. Bununla əlaqədar Əlcəzairdə ev sahibliyini təhvilalma mərasimində iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə İİB Qrupuna təşəkkürümüzü bildiririk. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin islam maliyyə institutları ilə əməkdaşlığının güclənməsinə, yeni investisiya imkanlarının yaranmasına və dayanıqlı iqtisadi inkişafa təkan verəcək. Mərasim çərçivəsində, həmçinin İİB Qrupunun Azərbaycanda keçiriləcək illik toplantıları üçün təminatlara dair "Anlaşma " memorandumu imzaladıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər