Menyu

"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

Əsəd Abbaslı
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası - 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Bu barədə Operativ Media-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə təlimin planına uyğun olaraq iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı brifinq təqdim olunub.

Plana əsasən, paraşüt hazırlığı və axtarış-xilasetmə üzrə fəaliyyətlər uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi, onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə  təlimində ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

Teqlər:

"\"Anadolu Ankas\u0131 \u2013 2025\" t\u0259limind\u0259 n\u00f6vb\u0259ti m\u0259rh\u0259l\u0259nin tap\u015f\u0131r\u0131qlar\u0131 icra olunub"

Əlaqəli Xəbərlər