Menyu

Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Nərmin Qocamanlı
Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də paylaşım edib.

O, qeyd edib ki, Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla keçirilən görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə ticarət, investisiya, enerji, kiçik və orta biznes, sənaye, infrastruktur və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin təşviqi imkanları dəyərləndirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər