Son 7 ildə 470-dən artıq sahibkarlıq subyektinə investisiya təşviqi sənədi verilib
Nərmin Qocamanlı
"2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib".
"Operativ Media" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Sahibkarların həyata keçirəcəkləri layihələr nəticəsində 5,5 mlrd. ₼-dan çox investisiyanın yatırılacağı, 38 minədək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. Layihələrin 14%-i Bakı şəhəri və ətraf qəsəbələrin, 86%-i isə regionların payına düşür", - nazir qeyd edib.
Teqlər:
"Son 7 ildə 470-dən artıq sahibkarlıq subyektinə investisiya təşviqi sənədi verilib"