Menyu

Türkiyəli hərbi nümayəndələr Azərbaycan HDQ-ni ziyarət edib

Əsəd Abbaslı
Türkiyəli hərbi nümayəndələr Azərbaycan HDQ-ni ziyarət edib

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin hərbi nümayəndələri Azərbaycan HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər.

Bu barədə Operativ Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Səfər zamanı kritik infrastrukturların mühafizəsi, gəmi təmiri, texniki baxış və yeni gəmi inşası ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin təcrübə paylaşımı ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə veriblər.

Teqlər:

"T\u00fcrkiy\u0259li h\u0259rbi n\u00fcmay\u0259nd\u0259l\u0259r Az\u0259rbaycan HDQ-ni ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər