Menyu

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 210-a çatıb

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 210-a çatıb

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 7 müraciətə baxılıb.

Bu barədə Operativ Media-ya KOBİA məlumaat verib.

Dörd KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 210-a çatıb.

“Startap” şəhadətnamələri "Smart Soft and Services" MMC-nin “Whatsapp” üzərindən avtomatlaşdırılmış müştəri ünsiyyəti və marketinq həlləri təqdim edən platforması, "Simic App" MMC-nin bizneslər üçün Aİ əsaslı platforması, "Mediatrends" MMC-nin intellekt əsaslı media monitorinq və təhlil sistemi və "Builders and Realtors Unity" MMC-nin beynəlxalq təchizat və şəbəkə platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Teqlər:

"\u201cStartap\u201d \u015f\u0259had\u0259tnam\u0259si alm\u0131\u015f KOB subyektl\u0259rinin say\u0131 210-a \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər