Menyu

Ağdam Sənaye Parkında 85 milyon manatlıq məhsul istehsal edilib

Nərmin Qocamanlı
Ağdam Sənaye Parkında 85 milyon manatlıq məhsul istehsal edilib

Ağdam Sənaye Parkında 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla sahibkarlar 85 milyon manat dəyərində məhsul istehsal ediblər.

Operativ Media bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu I rübündə 63 milyon manatlıq məhsul istehsal olunub. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.

Bildirilib ki, hazırda Parkda 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib: “Qeydiyyata alınan bu 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2 100-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir, 10-dan çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər