Menyu

Azərbaycan neftinin qiyməti 2031-ci ilə kimi 70 dollardan yuxarı olacaq

Azərbaycan neftinin qiyməti 2031-ci ilə kimi 70 dollardan yuxarı olacaq

Beynəlxalq Valyuta Fondu (IMF) "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Operativ Media xəbər verir ki, IMF Azərbaycan neftinin orta illik qiymətini 2025-ci ildə 78,6 dollar, 2026-cı ildə 73,5 dollar səviyyəsində formalaşacağını proqnozlaşdırıb.

Fond hesab edir ki, "Azeri Light"ın illik orta qiyməti 2027-ci ildə 71,6 dollar, 2028-ci ildə 70,6 dollar, 2029-cu ildə 72 dollar, 2030-cu ildə isə 73,4 dollar təşkil edəcək.

Qeyd edək ki, IMF Azərbaycanın nefti üçün qiymət proqnozunu Dünya İqtisadi Proqnozlaşdırması (World Economic Outlook - WEO) hesabatındakı Brent qiymətlərinə 2-3 dollar əlavə edərək hesablayıb. Başqa sözlə, Azərbaycan neftinin orta qiyməti yeddi il ərzində 70 dollardan aşağı olmayacaq.

Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar müəyyən edilib. Büdcədə "Azeri Light"ın qiyməti 2026-cı il üzrə isə 65 dollar proqnozlaşdırılıb.

Teqlər:

"Az\u0259rbaycan neftinin qiym\u0259ti 2031-ci il\u0259 kimi 70 dollardan yuxar\u0131 olacaq"

Əlaqəli Xəbərlər