Menyu

UEFA Bakı və Madrid şəhərləri arasında seçim edəcək

Əziz Əzizli
UEFA Bakı və Madrid şəhərləri arasında seçim edəcək

UEFA 2026/27 mövsümünün Çempionlar Liqasının finalının harada keçiriləcəyini növbəti İcraiyyə Komitəsinin iclasında elan edəcək.

Operativ Media xəbər verir ki, adətən belə iclaslar Çempionlar Liqasının finalı ərəfəsində keçirilir. Bu il final 31 may tarixində olacaq. Gözlənilir ki, 2026/2027 mövsümünün finalının keçiriləcəyi yer 30 və ya 31 may tarixlərində açıqlanacaq.

Xatırladaq ki, ispaniyalılar final oyununu “Riyadh Air Metropolitano” stadionunda keçirmək niyyətindədirlər. Azərbaycan tərəfi isə seçiləcəyi təqdirdə finalı Bakı Olimpiya Stadionunda təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, bir neçə həftə əvvəl ispaniyalılar artıq bu yarışda qalib gəldiklərini elan etmişdilər, lakin UEFA bu barədə rəsmi açıqlama verməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər