Mahir Emrelili "Nürnberq" yeni hücumçu ilə güclənir
Əziz Əzizli
Mərkəz hücumçusu Artem Stepanov 2025/2026 mövsümü üçün icarə əsasında "Nürnberq"ə keçəcək.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı futbolçu bu mövsüm artıq bir neçə dəfə "Bayer Leverkuzen"in əsas komandasına çağırılıb və hazırda Çempionlar Liqasında iki oyun keçirib. UEFA Gənclər Liqasında 10 oyunda 10 qol vurub. 1,92 metr boyu olan hücumçu Almaniya Gənclər Liqasında da çıxış edib. Orada 4 oyunda 1 qol vurub.
2022-ci ilin yayında o, Ukrayna çempionu "Şaxtyor Donetsk"in gənclərdən ibarət komandasından Almaniya klubuna keçib.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Nürnberq"in şərəfini qoruyur. O, bu mövsüm 21 oyuna çıxıb, 7 qol vurub və 1 assist edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net