Menyu

Ten Haq və ya Xavi "Bayer"də Xabi Alonsonu əvəz edə bilər

Əziz Əzizli
Ten Haq və ya Xavi "Bayer"də Xabi Alonsonu əvəz edə bilər

"Bayer" komandanın baş məşqçisi vəzifəsinə Xabi Alonsonu əvəz edə biləcək iki namizədi müəyyənləşdirib.

Operativ Media xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Bayer Leverkuzen"in qısa siyahısında “Barselona”nın keçmiş baş məşqçisi Xavi və “Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq da var. Sonuncu alman dilini bildiyi üçün bu vəzifəyə əsas namizəd ola bilər.

"Bayer"in hazırkı baş məşqçisi Xabi Alonsonun "Real"la müqavilə imzalamağa yaxın olduğu bildirilib.

31 turdan sonra "Bayer" Bundesliqada 67 xalla lider "Bavariya"dan 8 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər