Menyu

Şahmat üzrə 'Çempionların Savaşı' turnirində rapid mərhələsinin qalibləri müəyyənləşdi

Əziz Əzizli
Şahmat üzrə 'Çempionların Savaşı' turnirində rapid mərhələsinin qalibləri müəyyənləşdi

Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı”turnirində rapid yarışlarına yekun vurulub.

Operativ Media xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesabı ilə üstünlük qazanıb. 

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyalarının yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər