Menyu

Respublika turnirinin qalibləri müəyyənləşdi

Əziz Əzizli
Respublika turnirinin qalibləri müəyyənləşdi

Masallı Olimpiya İdman Kompleksində güləş üzrə Respublika turniri keçirilib.

Operativ Media xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan yeniyetmə sərbəst güləşçilər iştirak edib.

U15 yaş qrupu üzrə təşkil edilən turnirdə İsa Nurullayev (32 kq, Masallı), Fərid Qasımov (35 kq, Gimnaziya), Sadiq İsmayılov (38 kq, AHİTA), Ramal Hacıyev (41 kq, Gəncə), Əli Baloğlanov (44 kq, Masallı), Zirəddin Rzayev (48 kq, Lənkəran), Mircəlal Hüseynov (52 kq, Gəncə), Ruhid İspərov (57 kq, AHİTA), Siyasət Dadaşzadə (62 kq, Lənkəran), İslam Rəcəbli (68 kq, AHİTA) və Ayxan Tağılı (75 kq, Şağan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 200-dən artıq güləşçinin qatıldığı yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər