"Turan Tovuz"un baş məşqçisi "Rubin" klubunun qonağı olub
Əziz Əzizli
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.
Operativ Media xəbər verir ki, o, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib. Kurban Berdıyev simvolik olaraq oyunda ilk toxunuşu yerinə yetirib.
Berdıyevə “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma