Araz çayının yuxarı axımında suyun səviyyəsində 41 sm artım müşahidə olunub.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
Teqlər:
"Araz \u00e7ay\u0131nda suyun s\u0259viyy\u0259si art\u0131b"