ADY təhlükəli yüklərin daşınması üçün lisenziya almayacaq
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiqlənib.
Operativ Media-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması daxil edilib.