FİBA-nın baş katibi Azərbaycan Basketbol Federasiyasının əməkdaşları ilə görüşüb
Əziz Əzizli
Bu gün Beynəlxalq Basketbol Federasiyasının (FİBA) baş katibi Andreas Zaqklis Azərbaycana səfəri çərçivəsində Azərbaycan Basketbol Federasiyasında (ABF) olub.
Operativ Media xəbər verir ki, cənab Zaqklis federasiyanın əməkdaşları ilə görüşərək onların gündəlik fəaliyyəti və iş prosesi ilə yaxından tanış olub. Görüş zamanı FİBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və federasiya əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində onların səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.
Federasiya əməkdaşları ilə səmimi söhbət edən Andreas Zaqklis onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net