Menyu

Tovuzda ev əşyaları ilə birlikdə yanıb

Əsəd Abbaslı
Tovuzda ev əşyaları ilə birlikdə yanıb

Tovuzda yanğın hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Kənd sakini Afayət Mehdiyeva məxsus ümumi sahəsi 120 kvm olan evin 40kvm yarım tikilisi əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə 2 yanğın söndürən avtomobil və 20-ə yaxın canlı qüvvə cəlb olunub.

Edilən müdaxilə ilə alov söndürülüb. Xoşbəxtlikdən evdə heç kim olmadığından xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısa qapanma olub.

Faktla bağlı araşdırma başlanılıb.

Teqlər:

"Tovuzda ev \u0259\u015fyalar\u0131 il\u0259 birlikd\u0259 yan\u0131b"

Əlaqəli Xəbərlər