Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən dağlıq ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Teqlər:
"B\u0259zi \u0259razil\u0259r\u0259 dolu d\u00fc\u015f\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"