Menyu

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) yay uçuş cədvəli çərçivəsində aprelin 28-dən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

Operativ Media AZAL-a istinadən xəbər verir ki, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək. Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri uçuşlar həyata keçiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Teqlər:

"AZAL iki populyar kurort \u015f\u0259h\u0259rin\u0259 u\u00e7u\u015flara ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər