Menyu

Qubada 101 metrlik körpü sel nəticəsində qəzalı vəziyyətə düşüb

Əsəd Abbaslı
Qubada 101 metrlik körpü sel nəticəsində qəzalı vəziyyətə düşüb

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. 

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. 

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər.

Teqlər:

"Qubada 101 metrlik k\u00f6rp\u00fc sel n\u0259tic\u0259sind\u0259 q\u0259zal\u0131 v\u0259ziyy\u0259t\u0259 d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər