Menyu

Təqaüd düzəltmək adı altında vətəndaşları talayan şəxs həbs edilib

Nərmin Qocamanlı
Təqaüd düzəltmək adı altında vətəndaşları talayan şəxs həbs edilib

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Operativ Media-ya bildirilib ki, o, zərər çəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"T\u0259qa\u00fcd d\u00fcz\u0259ltm\u0259k ad\u0131 alt\u0131nda v\u0259t\u0259nda\u015flar\u0131 talayan \u015f\u0259xs h\u0259bs edilib"

Əlaqəli Xəbərlər