Sumqayıtda ana və atasını öldürən oğul ömürlük həbs edilib
Sumqayıtda hər iki valideynini qətlə yetirməkdə təqsirləndirilən Fikrət Məmmədovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Operativ Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. Fikrət Məmmədov aralarında yaranmış mübahisə zamanı atası Hakim Məmmədov və anası Zərifə Məmmədovanı öldürüb.
Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9-cu maddələri ilə ittiham irəli sürülmüşdü.
Trend
Teqlər:
"Sumqay\u0131tda ana v\u0259 atas\u0131n\u0131 \u00f6ld\u00fcr\u0259n o\u011ful \u00f6m\u00fcrl\u00fck h\u0259bs edilib"