AMB neftin orta qiymətinin 70 dollardan artıq olacağını proqnozlaşdırır
Azərbaycan Mərkəzi Bankı neftin orta qiymətinin 2025-ci il üzrə 70 dollardan artıq olacağını proqnozlaşdırır.
Operativ Media xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O deyib ki, AMB 2026-cı il üzrə də neftin qiymətlərinin 70 dollardan yuxarı olacağı gözləntisindədir:
"Mərkəzi Bankın bununla bağlı iyun proqnozu isə daha dəqiq olacaq. Həmçinin, təbii qazın orta qiymətini isə bu il üzrə 304 dollar proqnozlaşdırmışıq".
Qeyd edək ki, AMB bundan əvvəl 2025-ci il üzrə neftin qiymətini 77 dollar, təbii qazın qiymətini isə 349 dollar proqnozlaşdırmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net