Menyu

Şərur sakini həmkəndlisini öldürərək su quyusuna atıb - YENİLƏNİB

Şərur sakini həmkəndlisini öldürərək su quyusuna atıb - YENİLƏNİB

Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Operativ Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Pokurorluğu məlumat yayıb.

Aprelin 22-də saat 19:20 radələrində bir nəfər Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması  barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

10:30

Naxçıvanda quyudan meyit tapılıb. Meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Operativ Media xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb.

 

Teqlər:

"\u015e\u0259rur sakini h\u0259mk\u0259ndlisini \u00f6ld\u00fcr\u0259r\u0259k su quyusuna at\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər