Menyu

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Əsəd Abbaslı
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Sabunçu rayonunun bəzi ərazilərinin qaz verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə Operativ Media-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 23.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski, Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Paytaxt\u0131n b\u0259zi \u0259razil\u0259rind\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər