Menyu

Sumqayıtda qazın verilişində fasilə yaranacaq

Sumqayıtda qazın verilişində fasilə yaranacaq

Sumqayıt şəhərində 7 min 500 abonentə qazın verilişində fasilə yaranacaq.

Operativ Media xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən (QİS) məlumat verilib.

Qeyd olunub ki,Sumqayıt şəhəri "Sumqayıt" QTM-in yaxınlığında yerləşən d530mm-lik yerüstü orta təzyiqli qaz kəmərinin karroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə ilə bağlı çəkilmiş qaz xəttinin aprelin 23-də saat 10:00 dan etibarən işlər yekunlaşana qədər “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən mənbəyə qoşulmaq məqsədilə “Şəhər-4” yerüstü orta təzyiqli qaz xəttinin dayandırılması planlaşdırılır.

Bununla əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllə, Ceyranbatan qəsəbəsinin bir hissəsi, Metallurq bağları ərazisində abonentlərin qaz təchizatında məhdudiyyətlər olacaq.

Teqlər:

"Sumqay\u0131tda qaz\u0131n verili\u015find\u0259 fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər