Ana səhifə / Ölkə / Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb - FOTO Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb - FOTO 22.04.2025, 16:59 Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Yusifov Araz saxlanılıb. Bu barədə Operativ Media-ya DİN məlumat verib. Faktla bağlı Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir . A.Yusifovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur. Teqlər: "Nax\u00e7\u0131vanda d\u0259l\u0259duzluq ed\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b - FOTO"