Menyu

“Sağlamlığa Doğru Qaç!” layihəsi Lənkəranda uğurla keçirilib - VİDEO

“Sağlamlığa Doğru Qaç!” layihəsi Lənkəranda uğurla keçirilib - VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun birgə təşkilatçılığı ilə “Sağlamlığa Doğru Qaç!” layihəsi bu dəfə Lənkəran rayonunda uğurla keçirilib.

Operativ Media xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Lənkəran, Yardımlı, Masallı, Lerik, Astara və Cəlilabad rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şuralarından olan 150 nəfərə yaxın üzv iştirak edərək 5 km məsafəni uğurla tamamlayıb.

İlk üçlükdə olan qadın və kişi qaliblərə diplom, medal və mükafatlar təqdim olunub. Onlar Xankəndi şəhərində keçiriləcək FİNAL yarışına vəsiqə qazanıb.

Tədbir üzvlərimizin asudə vaxtının səmərəli keçirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından böyük əhəmiyyət daşıyıb.

Teqlər:

"\u201cSa\u011flaml\u0131\u011fa Do\u011fru Qa\u00e7!\u201d layih\u0259si L\u0259nk\u0259randa u\u011furla ke\u00e7irilib - V\u0130DEO"

Əlaqəli Xəbərlər