Menyu

Dədə Qorqud təqaüd proqramının təsis edilməsi təklif olunur

Əsəd Abbaslı
Dədə Qorqud təqaüd proqramının təsis edilməsi təklif olunur

Aprelin 21-də Bakıda Türk Dövlətləri Təşkilatının himayəsi ilə fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə “Türk Barometri 2024 – Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: Mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə təqdim olunan “Türk Barometri 2024” tədqiqat layihəsi “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində həyata keçirilib.

Tədqiqatda elm və təhsil sahəsində türk dövlətləri arasında əməkdaşlıq, ictimai rəy və strateji təhlillər əks olunub.  

Konfransda çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev mühüm təşəbbüslə çıxış edib.

O, türk dövlətlərinin universitetləri arasında tələbə mübadiləsinin sistemli və intensiv şəkildə təşkili məqsədilə “Dədə Qorqud” və ya digər birləşdirici adı daşıyan təqaüd proqramının təsis edilməsini təklif edib.

Deputat bildirib ki, bu təşəbbüs gənclərin qarşılıqlı şəkildə təhsil almasına və ortaq dəyərlərin güclənməsinə xidmət edəcək.

Təqaüd proqramı vasitəsilə tələbələrə ən azı bir semestr müddətində digər türk dövləti universitetində təhsil almaq imkanı yaradılmalıdır.  

Rizvan Nəbiyev, həmçinin Avropa İttifaqının “Socrates” proqramını model kimi təhlil etməyin məqsədəuyğun olduğunu vurğulayıb.

Onun fikrincə, bu təcrübə əsasında Türk Dünyasında da dayanıqlı və effektiv tələbə mübadilə platforması qurula bilər.

Qeyd edək ki, tədbir türk dövlətləri arasında elm və təhsil sahəsində strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli beynəlxalq dialoq platforması rolunu oynayıb.

Teqlər:

"D\u0259d\u0259 Qorqud t\u0259qa\u00fcd proqram\u0131n\u0131n t\u0259sis edilm\u0259si t\u0259klif olunur"

Əlaqəli Xəbərlər