Menyu

Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunur

Operativ Media
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunur

Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramına qəbul elan edir.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçirilir.

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan vətəndaşlarına Mərakeşin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı təqdim olunur.

Təqaüd proqramına müraciət üçün son tarix 6 avqust 2026-cı ildir.

Müraciət şərtləri və tələb olunan sənədlər barədə ətraflı məlumat üçün keçiddən istifadə etmək mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər