Menyu

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhərində vətəndaşları qəbul edib.

Operativ Media xəbər verir ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Teqlər:

"Elm v\u0259 t\u0259hsil naziri Sabirabadda v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul edib"

Əlaqəli Xəbərlər