Menyu

Turizm zonalarında məişət tullantıları üçün poliqonların yaradılması qadağan edilib

Turizm zonalarında məişət tullantıları üçün poliqonların yaradılması qadağan edilib

Nazirlər Kabineti 21 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələrinin ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, poliqonlar üçün ayrılmış sahələrə dair tələblər dəyişib. Belə ki, bundan sonra çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində və meşələrdə, eləcə də turizm və rekreasiya zonalarının ərazilərində poliqonlar üçün sahələrin ayrılması və təşkilinə icazə verilməyəcək. 

Teqlər:

"Turizm zonalar\u0131nda m\u0259i\u015f\u0259t tullant\u0131lar\u0131 \u00fc\u00e7\u00fcn poliqonlar\u0131n yarad\u0131lmas\u0131 qada\u011fan edilib"

Əlaqəli Xəbərlər