Menyu

Bakıda ödəmə terminallarından 39 minə yaxın pul oğurlanıb

Bakıda ödəmə terminallarından 39 minə yaxın pul oğurlanıb

Abşeron rayonu ərazisində yerləşən marketlərin birindən və orada olan ödəmə terminalından 3567 manat oğurlanıb.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif Hüseynov, 27 yaşlı Elvin Əhmədov və 34 yaşlı Emin Yusifov müəyyən olunaraq saxlanılıblar.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər paytaxtın müxtəlif rayonlarında, həmçinin Abşeron rayonunda yerləşən 11 mağazadan ödəmə terminallarını sındırmaqla ümumilikdə 38943 manat pul vəsaitini oğurlayıblar.

Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Araşdırmalar davam etdirilir.

Teqlər:

"Bak\u0131da \u00f6d\u0259m\u0259 terminallar\u0131ndan 39 min\u0259 yax\u0131n pul o\u011furlan\u0131b"

Əlaqəli Xəbərlər