ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi saytında SARS-CoV-2 virusunun Çindəki tədqiqat laboratoriyasında sızma nəticəsində yarandığını bəyan edib.
Operativ Media xəbər verir ki, ABŞ federal hökuməti rəsmi olaraq 7 milyon insanın ölümünə səbəb olan qlobal pandemiyanın əsas izahında bunun laboratoriya mənşəyi olduğunu elan edib.
Məlumata görə, virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu və bütün COVID-19 hadisələrinin bir mənbədən gəldiyi deyilir.
Ağ Evdən qeyd edilib ki, bu, çoxsaylı epidemiyaları əhatə edən keçmiş pandemiyaların dinamikasına ziddir.
Teqlər:
"A\u011f Ev koronavirusun \u0259sas m\u0259n\u015f\u0259yini b\u0259yan edib"