AAYDA: Ziya Bünyadov prospektində təmir işləri davam edir
Aprelin 20-də Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində (“Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə) təmir işləri aparılacaq.
Bu barədə OperativMedia AAYDA-ya istinadən xəbər verir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Teqlər:
"AAYDA: Ziya B\u00fcnyadov prospektind\u0259 t\u0259mir i\u015fl\u0259ri davam edir"