Ana səhifə / Ölkə / Azərbaycanda kolbasa istehsalı azalıb Azərbaycanda kolbasa istehsalı azalıb 19.04.2025, 16:37 Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7 min 095 ton kolbasa məmulatları istehsal edilib. Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır. Aprelin 1-nə ölkədə 44,7 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 18,3 % azdır. Xatırladaq ki, I rübdə Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,2 % çoxdur. Teqlər: "Az\u0259rbaycanda kolbasa istehsal\u0131 azal\u0131b"