Menyu

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb

Nərmin Qocamanlı
Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti aşkarlanıb.

Operativ Media xəbər verir ki, 15 yaşlı Bağırov Elçin Elman oğlu aprelin 18-i gecə saatlarında Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub.

Hadisə şahidlərinin dediyinə görə yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib.

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyitini aşkarlamaq mümkün olub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elçin Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.

Teqlər:

"Xa\u00e7mazda bataql\u0131qda bo\u011fulan yeniyetm\u0259nin meyiti tap\u0131l\u0131b"

Əlaqəli Xəbərlər