Qaya parçası düşməsi nəticəsində bağlanan Quba-Qonaqkənd yolunda hərəkət bərpa olunub.
Operativ Media xəbər verir ki, əraziyə ağır texnikalar gətirilib, qaya parçası doğranaraq ərazidən götürülüb.
Yolda hərəkət qismən bərpa edilib. Hazırda yolun hərəkət hissəsində qalan qaya parçalarının da kənarlaşdırılması istiqamətində işlər görülür.
***
09:58
Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.
Operativ Media xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür.
Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.
Teqlər:
"Qubada qaya u\u00e7qunu olub - YEN\u0130L\u018fN\u0130B"