Menyu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv və tabe təşkilatları arasında görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv və tabe təşkilatları arasında görüş keçirilib

18 aprel 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) inzibati binasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, həmçinin gələcəkdə ortaq tədbirlərin təşkili məsələləri müzakirə olunub. Tərəflər arasında həmkarların fiziki aktivliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və idman sahəsində birgə təşəbbüslərin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə AHİK sədrinin müşaviri Nigar Vahabzadə çıxış edərək, həmkarlar ittifaqları arasında əməkdaşlığın vacibliyini və bu tip görüşlərin qarşılıqlı təcrübə mübadiləsinə imkan yaratdığını vurğulayıb.

ATİAHİ RK-nın sədri Araz Paşayev və AHİTA İctimai Birliyinin direktoru Tural Qasımov da çıxış edərək, hər iki təşkilatın potensialını birləşdirməklə uğurlu layihələrin həyata keçiriləcəyinə inandıqlarını bildiriblər.

Görüş səmərəli fikir mübadiləsi ilə davam edib və qarşılıqlı əməkdaşlığın gələcək mərhələləri üçün ilkin razılaşmalar əldə olunub.

Teqlər:

"Az\u0259rbaycan H\u0259mkarlar \u0130ttifaqlar\u0131 Konfederasiyas\u0131n\u0131n \u00fczv v\u0259 tabe t\u0259\u015fkilatlar\u0131 aras\u0131nda g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər