Menyu

Finlandiyaya məxsus Banqkok–Helsinki marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş edib

Finlandiyaya məxsus Banqkok–Helsinki marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş edib

Finlandiyanın "Finnair" aviaşirkətinə məxsus Banqkok–Helsinki marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Operativ Media Bakı Aeroportuna istinadən xəbər verir ki, buna səbəb – sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə olub.

Airbus A350 tipli təyyarə yerli vaxtla saat 12:06-da Bakı hava limanına uğurla eniş edib. Hava gəmisinə dərhal tibbi xidmət əməkdaşları yönləndirilib. Sərnişinə yerində ilkin tibbi yardım göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra, o təxirəsalınmadan paytaxtın tibb müəssisələrindən birinə təxliyyə olunub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini prioritet sayaraq, bu kimi fövqəladə hallara cavab vermək üçün daim yüksək hazırlıq vəziyyətindədir. Hava limanında mütəmadi olaraq əməliyyat təlimləri və təhlükəsizlik ssenariləri üzrə simulyasiyalar həyata keçirilir.

Teqlər:

"Finlandiyaya m\u0259xsus Banqkok\u2013Helsinki mar\u015frutu \u00fczr\u0259 u\u00e7an t\u0259yyar\u0259 Bak\u0131da m\u0259cburi eni\u015f edib"

Əlaqəli Xəbərlər