Menyu

DİM-in sürücülər üçün keçirtdiyi imtahanda 1268 iştirakçı uğur qazanıb

Əsəd Abbaslı
DİM-in sürücülər üçün keçirtdiyi imtahanda 1268 iştirakçı uğur qazanıb

Bu gün taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün növbəti test imtahanı keçirilib.

Bu barədə Operativ Media-ya Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanında iştirak etmək üçün 1 470 namizəd qeydiyyatdan keçib. Onlardan  1 407 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 44 namizəd iştirak edib və 34 nəfər müvəffəqiyyət qazanıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 24 nəfər müvəffəqiyyət qazanıb.

Teqlər:

"D\u0130M-in s\u00fcr\u00fcc\u00fcl\u0259r \u00fc\u00e7\u00fcn ke\u00e7irtdiyi imtahanda 1268 i\u015ftirak\u00e7\u0131 u\u011fur qazan\u0131b"

Əlaqəli Xəbərlər