Menyu

5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə qoyulub

5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə qoyulub

5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə təqdim olunur.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Məlumata görə, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 122, 160A, 193, 195 və 503 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Sənədlər 16 may 2025-ci il saat 17:00-dək AYNA-da qəbul ediləcək.

İstiqamətlər aşağıdakı kimidir:

122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi),

160A nömrəli şəhərətrafı (Binə qəsəbəsi, "Atçılıq" yaşayış massivi – Binə qəsəbəsinin mərkəzi),
193 nömrəli şəhərətrafı (Mirzə Məhəmməd xan küçəsi – "Lökbatan" NMM),
195 nömrəli şəhərətrafı (Ələt qəsəbəsi – “Abşeron” ticarət mərkəzi),
503 nömrəli şəhərətrafı (BBAK – Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi).

Qeyd olunub ki, iddiaçıların təkliflərinə komissiya tərəfindən mayın 23-də baxılacaq.

 

Teqlər:

"5 \u015f\u0259h\u0259r\u0259traf\u0131 m\u00fcnt\u0259z\u0259m avtobus mar\u015frutu m\u00fcsabiq\u0259y\u0259 qoyulub"

Əlaqəli Xəbərlər