Menyu

AZAL gələn aydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır

AZAL gələn aydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) maydan etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyini artıracaq. 

Bu barədə Operativ Media-ya AZAL məlumat verib. 

Məlumata görə, sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.

Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.

Yay uçuş cədvəli çərçivəsində AZAL Avropa şəhərlərinə həyata keçirdiyi reyslərin tezliyini də artırır. Belə ki, bu aydan həftədə 6 dəfə yerinə yetirilən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər 13 maydan gündəlik olacaq. 

Bu aydan həftədə 5 dəfə həyata keçirilən Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslər də mayın əvvəlindən həftədə 6 dəfə, 12 maydan isə gündəli olacaq. 

Teqlər:

"AZAL g\u0259l\u0259n aydan bir s\u0131ra istiqam\u0259tl\u0259rd\u0259 u\u00e7u\u015flar\u0131n say\u0131n\u0131 art\u0131r\u0131r"

Əlaqəli Xəbərlər