Sel suları Ağsuda avtomobil yolunu yararsız hala salıb
Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Operativ Media-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb.
Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.
Teqlər:
"Sel sular\u0131 A\u011fsuda avtomobil yolunu yarars\u0131z hala sal\u0131b"