Martın 16-da keçirilən sınaq imtahanının nəticələri açıqlanıb
Nərmin Qocamanlı
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2025-ci il martın 16-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.
Operativ Media xəbər verir ki, abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.