Menyu

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Teqlər:

"Rayonlarda ya\u011f\u0131\u015f ya\u011facaq \u015fim\u015f\u0259k \u00e7axacaq - SABAHIN HAVASI"

Əlaqəli Xəbərlər