Menyu

DİN əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq fasiləsiz xidmət davam edir

DİN əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq fasiləsiz xidmət davam edir

DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir. Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
 
Operativ Media DİN-in Mətbuat Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. 
 
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
 
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
 
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.
 
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Teqlər:

"D\u0130N \u0259m\u0259kda\u015flar\u0131 t\u0259r\u0259find\u0259n gec\u0259 saatlar\u0131ndan ba\u015flayaraq fasil\u0259siz xidm\u0259t davam edir"

Əlaqəli Xəbərlər