Menyu

Sabahdan gəmilərin fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir

Sabahdan gəmilərin fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir

Xəzər dənizində üzən gəmilərin aprelin 17-si gündüz saatlarından etibarən fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir.

Operativ Media bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə Xəzərdə üzən ASCO gəmiləri hazırda lövbər dayanacaqları və sığınacaqlardadır.

Xatırladaq ki, bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir. 

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Teqlər:

"Sabahdan g\u0259mil\u0259rin f\u0259aliyy\u0259tl\u0259rini b\u0259rpa ed\u0259c\u0259kl\u0259ri g\u00f6zl\u0259nilir"

Əlaqəli Xəbərlər